Gülənin İbrahim Tatlısəsin başına açdığı oyun üzə çıxdı

  • By admin
  • 25 Mart 2017 17:58

ibrahim

 

İbrahim Tatlısəsin 2010-cu ildə aldığı və çürük çıxan təyyarəni FETÖ-çular satıbmış.

Millətinsəsi.az-ın türk mediasına istinadla xəbərinə görə, Tatlısəs 2010-cu ildə o vaxt “Tarkim” aviasiya şirkətinin şəriki Faruk Bayındırın qayınatası, “Meqatrans” şirkətinin sahibi Əhməd Özbəkdən 6 milyon dollara təyyarə alır. Ancaq bir müddətdən sonra İbo təyyarənin müxtəlif yerlərində çürüklər olduğunu görür və təyyarəni geri qaytarmaq istəyir. Şirkət isə müxtəlif bəhanələrlə alqı-satqını ləğv etmir.

Əvəzində isə “Meqatrans” pulun tam ödənmədiyi iddiası ilə Tatlısəsin Böyükçekmecedəki 6 milyon lirəlik villasına həbs qərarı qoydurur və villanı 1 milyon 530 min lirəyə məhkəmə icraçılarından satın alır.

Son araşdırmalardan sonra məlum olub ki, bunu edənlər FETÖ-nun üzvləridir və məhkəmə qərarlarını da bu şəbəkə qurub.

 

Gununsesi.info