Mosul əməliyyatına fasilə verildi

  • By admin
  • 25 Mart 2017 18:09

ISID

 

İŞİD-in nəzarətində olan İraqın Mosul şəhərinin terrorçulardan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlara fasilə verilib.

Gununsesi.info-nun “Haberturk”ə istinadən verdiyi məlumata görə, İraq ordusu əməliyyatlar çərçivəsində həlak olan mülki vətəndaşların sayı artdığından bu qərara gəlib.

Qeyd edək ki, Mosul şəhəri iki ilə yaxındır ki, İŞİD-in nəzarəti altındadır. Şəhərin terrorçulardan azad edilməsi uğrunda əməliyyat 2016-cı il oktyabrın 17-də başlayıb. Əməliyyatlarda İraq hərbi qüvvələri ilə birlikdə kürd birləşmələri, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya da iştirak edir.

 

Gununsesi,info