Gündəlikdə dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur - TARİF ŞURASI

  • By admin
  • 16 İyul 2017 09:16

benzin

Azərbaycanın Tarif şurasının (qiymət) gündəliyində dizel yanacağının qiymətinə yenidən baxılması məsələsi yoxdur.

Gununsesi.info  məlumat verir ki, bu fikirləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov AzTv-yə açıqlamasında bildirib.

O, deyib ki, hazırda Tarif şurasının gündəliyində hər hansı tariflərin, o cümlədən dizel yanacağının tariflərinin, dəyişdirilməsi ilə əlaqədar məsələ yoxdur.

Onun sözlərinə görə, Аİ-92 markalı benzinin qiymətinin artırılması məsələsi dəfələrlə müzakirəyə qoyulub, lakin əvvəlki illərdə bu addım məqsədəuyğun hesab edilməyib:

“Strukturlar tərəfindən müraciət daxil olduqda, məsələ dərhal müzakirəyə çıxarılmır. İlk olaraq ciddi təhlil aparılır, və yalnız bundan sonra məsələ müzakirəyə çıxarılır, nəticədə Şura tariflərin dəyişib-dəyişməmək haqda qərar qəbul edir. Yanacağın tarifləri sonuncu dəfə 2013-ci ildə dəyişdirlib, amma bu o demək deyil ki, ötən dörd il ərzində tariflərin dəyişdirilməsi üçün bizə müraciət olunmayıb. Sadəcə, bu günə qədər bu addım məqsədəuyğun hesab edilmirdi”.

Gununsesi.info