Günün qoroskopu: yalanlara aldanmayın

  • By admin
  • 18 İyun 2016 10:05

Horoscope

 

HTML tutorial

Qoç – emosional fon əlverişlidir. Bütün çətinliklərə baxmayaraq, ovqatınız pis olmayacaq. Həmkarlarınız və rəhbərlikdə yola getmək çətin olsa da, yaxınlarınızla tez dil tapacaqsınız.

Buğa – gün sizi təyin olunmuş işdən imtinaya və ya planlarınızda ciddi düzəlişlər etməyə vadar edəcək bəd xəbərlə başlayacaq. Ətrafdakılarla yaxşı münasibətləri saxlamağa çalışsanız da, bu, həmişə alınmır. Bu gün kimsə mütləq sizdən inciyəcək və ya ürəyində kin saxlayacan. Nüfuzlu şəxslərdən uzaq durun: bu gün onlarla ünsiyyət yersizdir.

Əkizlər – səfər və gəzintilər üçün pis gün deyil. Sizə ovqatınızı və nikbinliyinizi qorumaq üçün yeni təəssüratlar lazımdır. Romantik görüşə ciddi ymidlər bəsləməyə dəyməz. Dostlarla görüş üçün heç vaxt olmadığı qədər yaxşı keçəcək.

Xərçəng – şəxsi həyatınızda isə bu qədər əlverişli mənzərə gözləməyin. Məlum olacaq ki, son vaztlar bir neçə ciddi səhv buraxmısınız və onları düzəltməyin vaxtı çatıb. Yaxınlarınızla söhbətdə səmimi olun.

Şir – düzgün nişan alın – bu gün hədəfə dəyməmə ehtimalı çox yüksəkdir. Ən ciddi problemlər köməkçilərinə etibar etməyə öyrəşmiş Şirlər üçün yaradacaq. Ulduzlar israrla tövsiyyə edirlər ki, sizin üçün işləyən hər kəsi diqqətlə yoxlayın. Gün təhsil, araşdırma, nəzəriyyə öyrənilməsi üçün münasibdir. Amma iş praktikaya gəldikdə uğur sizdən üz döndərəcək.

Qız – yaxınlarınızla ciddi fikir ayrılıqları yarana bilər. Üstəlik, bütün problemlərin əsl səbəbinin nə olduğunu aydınlaşdırmaq mümkün olmyacaq. Təxribata uymaq, başqalarının sizin zəifliklərinizdən istifadə etməsinə imkan vermək olmaz.

Tərəzi – yüksək işgüzarlıq günüdür. Əgər xüsusi nəsə planlaşdırmasanız belə, işlərin özü ortaya çıxacaq. Bu gün ciddi uğurlara bel bağlaya bilərsiniz. İşgüzar əlaqələrin qurulması üçün münasib gündür.

Əqrəb – ailədə dinclik və qarşılıqlı anlaşma hökm sürəcək. Yaxınlarınıza komfortlu atmosfer yaratmaq üçün hər şey hazırsınız və onlar da eyni şeylə sizə cavab verəcəklər. Axşam saatları romantik görüşlər və gəzintilər üçün münasibdir. Xoş sürprizlər və hədiyyələr də istisna deyil.

Oxatan – bu günü pis keçirməyəcəksiniz. Günün birinci yarısı başlanmış işlərin başa çatdırılması üçündür. Bu mərhələdə ciddilik və tələbkarlıqdan daha çox yaradıcı yanaşma və qeyri-standart baxış tələb olunur. Yeni müttəfiqlər tapmaq olar.

Oğlaq – emosiyalarınıza nə qədər az güc versəniz, gün bir qədər yaxşı keçəcək. Bir çox Xərçənglər üçün gün aldanmalarla yadda qalacaq və buna müqavimət göstərmək olduca çətin, amma vacibdir. Ulduzlar sizin möhkəmliyinizi yoxlayırlar. Nəyə qadir olduğunuzu göstərin!

Dolça – çox dolaşıq vəziyyətə düşəcəksiniz və bu gün çətin ki nəyin nə olduğunu aydınlaşdıra biləsiniz. Nəyisə köməkçi və müttəfiqlərinizə tapşıra bilərsiniz. Amma onların hərəkətlərini ciddi izləməlisiniz. Bu günə danışıqlar təyin etmək, sənəd imzalamaq məsləhət deyil. Bu gün çox sadəlövhlük əhval-ruhiyyəsindəsiniz və bu sizə baha başa gələ bilər.

Balıqlar – sizin üçün o qədər də yaxşı gün deyil. Hadisələr pis inkişaf etməsə də, yalnız əldə etdikləriniz əhəmiyyətsiz şeylər olacaq. Planlaşdıdıqlarınızın hamısına çatmaq üçün tələsməli olacaqsınız. Tez-tez səhvlər buraxacaq və bunu özünüzə deyənlərdən inciyəcəksiniz. Xarici müttəfiqlər və investorlarla ünsiyyətdə probelmlər mümkündür. Gün iş yerini dəyişmək üçün münasib deyil.