
Gununsesi.info xəbər portalının 1 yaşı tamam olub. 2016-cı mayın 24-dən onlayn xəbər saytı kimi fəaliyyətə başlayan portal ötən 1 il müddətində özünəməxsus imic formalaşdırmağı bacarıb.
Fərqli təqdimatları, layihələri, müxtəlif janrlarda maraqlı materiallar dərc etməsi, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşması, ən başlıcası özəl xəbərin ünvanı kimi tanınan Gununsesi.info bitərəf mövqeyi ilə oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır.
Gununsesi.info yeni nəfəsli bir media quruluşu olaraq ötən 1 ildə təkcə Azərbaycanda deyil, ölkə xaricində yaşayan soydaşlarımız tərəfindən də izlənilən xəbər saytına çevrilə bilib.İ nternet mediasının sürətlə inkişaf etdiyi bir vaxtda Gununsesi.info il ərzində ölkənin ən populyar hüquq portalına çevrilə bilib. Sayt qısa bir zamanda geniş oxucu kütləsinin rəğbətini qazanıb. Saytda müxtəlif sahələri əhatə edən fikirlərə, xəbərlərə yer ayrılır.
Gununsesi.info Azərbaycanda və dünyada baş verən yeniliklərə də yer ayırır. Həmçinin, saytda müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları da işıqlandırılır. Saytın işinin qurulmasında və istiqamətləndirilməsində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı, oxucuları da fəal iştirak edirlər. Bunu gündəlik dərc edilən materiallar da təsdiqləyir. ən başlıcası Gununsesi.info dövlətimizə və dövlətçiliyimizə önəm verir.
Gununsesi.info Qarabağ, Xocalı həqiqətləri, QərbiAzərbaycan mövzusu, erməni zorakılığı həmişəprioritet mövzu kimi gündəmdə saxlayır. Vərənpərlik Gununsesi.info-nun basilica prioritetlərindəndir. Peşəkar komandasıyla az müddətdə media camaesində öndə gedən Gununsesi.info-ya fəaliyyətində uğurlar arzulayırıq. Hər zaman öndə olun…
Hörmətlə,
BİRA-nın sədri Zaur Qəriboğlu












