
“Gununsesi.info-nu 1 yaşı olması münasibəti ilə təbrik edirəm. Bugünkü informasiya bolluğu atmosferində, KİV məkanında öz sözünü deyə bilmək, imzasını tanıda bilmək, oxucunun yaddaşında qalmaq, maraq kəsb etmək əlbəttə ki, çox mürəkkəb və çətindir. Bunun üçün həm məhsuldar işləmək, həm də hazırlıqlı olmaq lazımdı”.
Bu sözləri millət vəkili Jalə Əliyeva Gununsesi.info-nun 1 yaşı olması münasibətiylə təbrikində deyib.
“Ümumiyyətlə, bu işdə peşəkarlıq tələb olunur. Düşünürəm ki, hələ yaşı az olsa da, Gununsesi.info 1 yaşını qeyd etsə də, artıq Azərbaycan virtual KİV-ində, internet məkanında öz sözünü demiş saytdır. İnanırıq ki, Gununsesi.info bundan sonra da öz tutumuna, mövqeyinə və yoluna sadiq qalacaq. Doğrunu doğru, əyrini əyri, düzü düz, belə deyək ki, xalqımıza, millətimizə əhəmiyyətli, faydalı olan məlumatları insanlara çatdıran öncüllərdən qalacaq”, deyə qeyd edən millət vəkili Gununsesi.info kollektivini təbrik edib, yaşımızın üstünə daha necə sıfırların gəlməsini arzulayıb.
Gununsesi.info