
Gürcüstan Xarici İşlər Nazirliyi Respublika Günü münasibəti ilə Azərbaycan dilində təbrik ünvanlayıb.
“Gununsesi” xəbər verir ki, təbrikin mətni nazirliyin rəsmi “Twitter” səhifəsində paylaşılıb:
“Strateji tərəfdaşımız və dostumuz Azərbaycanı Respublika Günü münasibətilə səmimiyyətlə təbrik edirik. Qardaş Azərbaycan xalqına rifah, əmin-amanlıq və firavanlıq diləyirik”.












