Gürcüstana ən çox səfər edənlər azərbaycanlılardır

  • By admin
  • 03 Aprel 2018 20:09


Bu ilin martında Gürcüstana ən çox turist Azərbaycandan səfər edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının hesabatında deyilir.

Qeyd olunur ki, mart ayında Gürcüstana 133 448 Azərbaycan vətəndaşı səfər edib. Növbəti sıralarda Ermənistan (109 371), Türkiyə (100 721), Rusiya (91 529) və İran (58 828) qərarlaşıb.

Mart ayında Gürcüstana bir sutkadan uzun müddətə gələn xarici vətəndaşların sayında da artım qeydə alınıb. Hesabata əsasən, Gürcüstana mart ayında 578 514 nəfər səfər edib ki, bu 2017-ci ilin eyni vaxtı ilə müqayisədə 13,2 faiz çoxdur.

 

Gununsesi.info