Gürcüstanda konstitusiya dəyişikliyi təsdiq edildi

  • Müəllif: admin
  • 26 Sentyabr 2017 22:00

8e716aacf1048e2baa02ac9266398f22

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Gürcüstan parlamenti üçüncü, sonuncu oxunuşda ölkə Konstitusiyasına düzəlişləri 117 lehinə, 3 əleyhinə səs olmaqla təsdiq edib.

“Bu gün ölkənin uzunmüddətli demokratik inkişafını təmin edəcək dövlət sistemi yaratmaq üçün əsas olacaq tarixi qərar qəbul etdik”, – səsvermədən sonra Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze bildirib.

O, səsvermədə iştirak edən hər kəsə təşəkkür edib.

Gürcüstan parlamentindəki üç müxalifət partiyasından ikisi – “Vahid Milli Hərəkat” və “Avropa Gürcüstanı – azadlığa doğru hərəkət” partiyaları prosesə qatılmaqdan imtina edib.

Eyni zamanda Kutaisidə parlament binası qarşısında “Vahid partiyalı Konstitusiyaya “yox” deyirik” şüarı ilə etiraz aksiyası keçirilir. Aksiyanı parlament və qeyri-parlament müxalifətinin təmsilçiləri təşkil edib.

“Parlamentdə baş verənlər utancvericidir. Bu, ölkənin maraqlarına zidd olan və onun inkişafına mane olan Konstitusiya olacaq”, – “Milli Demokratik” Partiyanın lideri Baçuki Kardava vurğulayıb.

Gununsesi.info