Gürcüstanda koronavirusla bağlı qəbul edilmiş məhdudiyyət aradan qaldırıldı

  • By admin
  • 13 May 2021 11:31

Gürcüstanda bu gündən etibarən bütün şəhərlərdə ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.

 Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Müvafiq qərar Gürcüstan baş naziri yanında koronavirusla mübarizə üzrə qurumlar arası koordinasiya şurası tərəfindən verilib.

Xatırladaq ki, qonşu ölkədə mayın 3-dən etibarən ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı.

 

Gununsesi.info