Gürcüstanda koronavirusun ikinci dalğası başlayır

  • By admin
  • 10 Sentyabr 2020 16:20

Gürcüstanda koronavirus pandemiyasının ikinci dalğası başlayır, amma təşvişə səbəb yoxdur.

Gununsesi.info xəbər verir ki, bunu ölkənin Baş naziri Georgi Qaxaria hökumətin iclasında açıqlayıb.

Ölkədə epidemioloji vəziyyətin pisləşməsi müşahidə edilir. Gürcüstanda bütün pandemiya tarixində bu gün COVID-19-a ən çox yoluxma qeydə alınıb. Son rəsmi məlumatlara görə, sutka ərzində koronavirusa 57 nəfərin yoluxması ilə ümumi rəqəm 1 830-a çatıb.

Nazir bildirib ki, Səhiyyə Nazirliyinin və Gürcüstan xəstəxana sisteminin xəstələri qəbul etməyə tam hazır olmasına baxmayaraq, yaşlılara xüsusi qayğı göstərmək və onları virusa yoluxmaqdan qorumaq lazımdır.

 

 

Gununsesi.info