Gürcüstanda növbədənkənar seçkilər olacaqmı?

  • By admin
  • 12 Fevral 2022 20:57

2024-cü ilədək heç bir növbədənkənar seçki keçirilməyəcək. Seçki baryerinin aşağı çəkilməsinə gəldikdə isə bu bir neçə amildən asılıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze bildirib.

“Hamı bilir ki, 2024-cü ilədək heç bir növbədənkənar seçki keçirilməyəcək. Seçki baryerinin aşağı çəkilməsinə gəldikdə isə bu bir neçə məqamdan, ilk növbədə isə müxalifətin nə dərəcədə polarizasiya istəməsindən asılıdır. Biz buna uyğun olaraq qərar verəcəyik,” – deyə Kobaxidze vurğulayıb.

Qeyd edək ki, “Gürcü Arzusu”nun sədri əvvəlki çıxışlarında konstitusiya dəyişikliklərinin 2023-cü ilədək təxirə salına biləcəyini deyib.

Gununsesi.info