Gürcüstanda yanacaq bahalaşır

Gürcüstanda yanacağın qiyməti 4 larini keçəcək və bu artım mayın sonuna qədər davam edəcək.

Gununsesi.info Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə iqtisadçı Oto Abesadze proqnoz verib.

HTML tutorial

Onun sözlərinə görə, əgər yaxın 6 ayda dövlət inflyasiyanı əlində saxlaya bilsə və dolların məzənnəsi 2,5 lari səviyyəsində sabitləşsə, yanacağın qiyməti orta hesabla 1 litr üçün 2 lari olacaq.

Abesadze bunun üçün isə aşağıdakı amillərin həyata keçirilməli olduğunu deyib:

● Avropa İttifaqı üzvlüyünə namizəd ölkə olmaq;

● Bu status çərçivəsində yeni investisiyaların cəlb edilməsi;

● Kiçik hökumət modelinə keçilməsi;

● Büdcənin xərclər hissəsindən 5 milyard lari daha az xərclənilməsi;

● Vergi islahatının aparılması;

● Yanacağın aksiz vergisi ləğv edilməli;

● ƏDV – də üzən rejimə keçilməli və 10% səviyyəsində dayanılmalıdır.

Xatırladaq ki, iqtisadçı Oto Abesadze 12 fevral tarixində yanacağın qiymətinin artacağı və 3.50 tetri – 4 lari arasında olacağı proqnozunu vermişdi.

Gununsesi.info