Həbsdəki jurnalistin səhhəti pisləşdi

  • By admin
  • 13 Noyabr 2016 21:54

seymur-nigar

“Azadlıq ” qəzetinin siyasət şöbəsinin həbsdə olan müdiri Seymur Həzinin səhhətində ciddi problemlər yaranıb. Lakin ona heç bir tibbi yardım göstərilmir. Gununsesi.info bildirir ki, bu haqda Seymur Həzinin xanımı Nigar Həzi məlumat yayıb:  “Bu gün Seymurla danışdım. Bir müddətdir ki, Seymurun səhhətində yaranan problemlər daha da artmağa baslayib. Revmatizm ağrılarının şiddətlənməsinə baxmayaraq saxlandığı 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi heç bir addım atmır. Biz Seymurun bu həftə xəstəxanaya göndəriləcəyini gözləyirdik. Ancaq göndərilmədi. Seymur qeyd etdi ki, onunla bağlı yaranan bütün xoşagəlməz hallara görə hakimiyyət məsuliyyət daşıyır”.