Həbsdəki deputat Taleh Bağırzadənin tərəfdarı ilə birlikdə saxlanılır

  • By admin
  • 12 Avqust 2021 22:18

Polisi döyməkdə ittiham olunaraq həbs edilən deputat Eldəniz Səlimov Kürdəxanı qəsəbəsindəki Bakı İstintaq Təcridxanasında kamerada daha 7 nəfərlə birlikdə saxlanılır. Həmin 7 nəfərdən biri də Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətovdur.

Bu barədə Gununsesi.info-ya Razi Hümbətovun vəkili Cavad Cavadov məlumat verib.
Vəkil avqustun 11-də Bakı İstintaq Təcridxanasında müvəkkili ilə görüşüb.

“Kamerada səkkiz nəfər saxlanılır. Kamera yoldaşlarından biri də deputat Eldəniz Səlimovdur. Razi Hümbətov kameranın sahəsini dəqiq deyə bilmədiyinə görə bunun qaydalara uyğun olub-olmadığını araşdırmasız deyə bilmərəm. Lakin düşünürəm ki, yenə də adam sayı çoxdur. Həbsdə olanların saxlanma şəraiti ilə bağlı qaydalara dövlət orqanları tərəfindən əməl edilməsi zəruridir”, – vəkil bildirib.