Həbsdəki icra başçısının vəziyyəti ağırdır

  • By admin
  • 29 Noyabr 2022 12:15

Bir neçə gün sonra məhkəmə qarşısına çıxarılacaq Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin saxlanıldığı müəssisədə vəziyyəti kəskin pisləşib.

Bu barədə Gununsesi.info-ya sabiq başçının vəkili Ceyhun Yusifov deyib.

Onun sözlərinə görə, Mahir Quliyev həbs olunmamışdan 10 gün öncə  kəskin infarkt keçiribmiş: “Ürəyinə 3 ədəd stend qoyulub.  Şəkərli diabet,ürək çatışmamazlığı, yüksək qan təzyiqi, yüksək aritmiya (ürək döyüntüsü), hepatit C xəstəliyindən əziyyət çəkir.  Covid-in ağır formasını keçirib, suni tənəffüs aparatına (IVL) qoşulmuş halda 2 ay komada qalıb.

Əlavə olaraq əməliyyat yoluyla boğazından dəlik açılıb trixastom aparatı qoyulmuşdur.

Sonradan Bakı Reabilitasiya mərkəzinə köçürülmüş, 3 ay reabilitasiya keçrilmişdir. Oradada çənə sümüyünün cərrahi əməliyyatı olunmuşdur. Onkoloji şübhə oldugu üçün biopsiya alınmışdır. Hal-hazırda vəziyyəti kafi, zəif və  halsızdır. Tənginəfəslik, yüksək nəbz, təzyiq, şəkər ve aşağı saturasiyayla xəstəxana şəraitində bir sıra müalicələr alır”.

Vəkil deyir ki, bu vəziyyət davam edərsə, Mahir Quliyev həyatını itirə bilər.

 

Mətləb Yaqublu

Gununsesi.info