Həbsxanalarda taksofonlar quraşdırılacaq

  • By admin
  • 19 İyun 2017 16:55

Taksafon_290911_3

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi Bakıda yerləşən hərbi hissələrdə taksofonların sayını artıracaq.

Gununsesi.info xəbər verir ki, bunu trend-ə layihəyə yaxın mənbə məlumat verib.

Məlumatda qeyd olunur ki, taksofonlar həmçinin azadlıqdan məhrum etmə müəssisələrində quraşdırılacaq.

Mənbə bildirib ki, bu zonalarda taksofonlara tələbat çox böyükdür.

Qeyd edək ki, hazırda “Bakı Telefon Rabitəsi” xidmət dairəsinə 355 taksofon fəaliyyət göstərir.

Gununsesi.info