
Qəzza zolağında “HƏMAS”-ın liderlərindən biri öldürülüb.
Gununsesi.info-nun “Komsomolskaya Pravda”ya istinadən verdiyi xəbərə görə, naməlum şəxslər odlu silahdan bir neçə dəfə atəş açaraq Mazen Fukahanı qətlə yetiriblər.
Məlumata əsasən, o, 2011-ci ildə İsrail tərəfindən həbsxanadan buraxılaraq Qəzza zolağına göndərilib.
İsrail müdafiə ordusu hadisəni şərh etməkdən imtina edib.
Gununsesi.info












