
“Bu günlərdə Milli Məclisdə 2018-ci ilin büdcə layihəsinin müzakirəsinə start veriləcək. Gələn ilin büdcə layihəsində maliyyə sanksiyalarından daxilolmalar 140 milyon manat proqnozlaşdırılıb. Bu ötən ilki məbləğdən 39 milyon manat çoxdur. Bu o deməkdir ki, gələn il məcburi ödənişlər edən sahibkarlara vergi və digər qanunvericiliyi pozmalara görə ən azı 187 milyon manat məbləğində maliyyə sanksiyası tətbiq olunmalıdır ki, onun da 75 faizi, yəni 140 milyon manatı büdcəyə çatsın”.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu Azərbaycanın 2018-ci il büdəcisi ilə bağlı mövqeyini açıqlayarkən deyib.
Onun sözlərinə görə, bu sanksiyaların 25 faizi onu icra edən dövlət orqanının həvəsləndirmə fondunda toplanır: “Müqayisə üçün onu da bildirmək istərdim ki, növbəti ildə büdcəyə maliyyə sanksiyalarından daxil olmalar hüquqi şəxslərin torpaq vergisindən 2,8 dəfə, yol vergisindən 1,5 dəfə, dövlət rüsumundan 1,3 dəfə, mədən vergisində 6 faiz çoxdur. Demək olar ki, növbəti il üçün maliyyə sanksiyaları artıq büdcə mədaxilindən bəzi vergi və rüsumlardan daha çox proqnozlaşdırılıb”.
Bununla belə ekspert qeyd edib ki, yuxarıda açıqlanan məbləğə yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalarа görə dаxilolmаlаr aid deyil: “Görünür həmin mənbədən yığılan vəsaitləri başqa büdcəyə yönəldirlər, əks təqdirdə dövlət büdcəsində bu mənbədən daxilolmalar üzrə məlumatlar əsk olunardı”.
Mürtəza
Gununsesi.info











