Hərbi helikopterlərimiz havaya qaldırıldı – VİDEO

  • By admin
  • 20 Fevral 2022 10:36

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin helikopter ekipajları ilə uçuş məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, məşqlərin praktiki hissəsində gündüz və gecə uçuşları icra edən ekipajlar ərazinin qiymətləndirilməsi, hərəkət marşrutlarının öyrənilməsi və müxtəlif epizodlar üzrə tapşırıqlar icra ediblər.

Təlim uçuşunda qarşıya qoyulan tapşırıqlar helikopter ekipajları tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Gununsesi.info