Hərbi Qənimətlər Parkına gedən marşrutlar

  • By admin
  • 14 Aprel 2021 16:02

44 günlük Vətən müharibəsi dövründə müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub edərək ələ keçirilən hərbi qənimətlərin toplandığı parka getmək üçün istifadə ediləcək marşrut xətləri müəyyən edilib.

Bu barədə Gununsesi.info-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, parka getmək üçün vətəndaşlar metronun 28 May stansiyasının qarşısından 21, 32, 46 və 175 nömrəli marşrutlara minərək  hərbi qənimətlər parkına gedə bilərlər.