Hərracda tələb təklifi 6 dəfə üstələdi

  • By admin
  • 20 Noyabr 2017 12:24
Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.
Mərkəzi Bankdan Gununsesi.info-ya verilən xəbərə görə, tələb 623,35 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib. Bununla da depozit hərracında tələb təklifi 6,23 dəfə üstələyib.
Qeyd edək ki, bugünkü depozit hərracında 100 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

Gununsesi.info