“Həyatı yaşamaq, onun zərbələrini də atlatmaq deməkdir…” – İLHAMİYYƏ RZA

  • By admin
  • 24 İyul 2016 17:12

738322_10151218108072568_128482635_o

“Həyatı yaşamaq, onun zərbələrini də atlatmaq, ya sınmaq, əzilmək, ya bərkimək deməkdir.Çox vaxt da hər ikisi bir arada. Axı biz sındığımız yerdə bərkiyirik. İnsan ömrü üçün yaş həddi sayılan 100 yaşın yarısını demək olar ki, keçmişəm və arxaya dönəndə aldığım bütün zərbələrdən bərkidiyimi fərq edirəm. Tək birindən başqa…”

Gununsesi.info xəbər verir ki, bunu tanınmış telejurnalist İlhamiyyə Rza öz blogunda yazıb. O, yazıb ki, atam qəfil getdi, eynən indi mən olduğum yaşda idi.

“ Bu gün də həyatımı təhlil edərkən bir tək bu yaranın hələ də qaysaqlamadığını fərq edirəm. İndi atamın simasını unudacaq qədər zəif xatırlasam belə…

Paradoksdur eləmi? Bir təfdən , bu yara hələ da qanamaqdadır, digər tərəfdən , simasını zörla xatıadığımı etiraf edirəm. Yox, o vəfat edəndə mən kifayət gədər böyük idim. 18 yaşında gənc bir qız idim. Unutqanığım da yoxdur… onda bəs nədən… atamla bağlı günlərim ən çox acı gətirən xatirələrimdir. Onları xatırlayanda dərhal başqa mövzuya, başqa xəyali görüntüyə adlmaq istəyiəm. Ləngisəm orda, ölə bilərəm. Odur ki, hər dəfə o mehriban və doğmadan doğma sima gözərim önünə gələndə, başımı silkələyib, gözlərimi yumub , açanda başqa bir mənzərəni görməyə çalışıram, Tv kanalını çevirirmişcəsinə kimi… Həyatın psixoloji, fizioloji dönəmləri nə qədər desəniz var, mənimsə həyatımda 2 dönəm var. Atalı günərim və atamdan sonrakı günlər. Atasız demirəm, məhz atamdan sonrakı günlər, illər… Çünki şüuraltımda belə o, həmişə mənimlədir.

Həyatda rəğbət bəslədiyim bütün kişilərdə atamın cizgilərini aramışam… elmi dildə buna edip kompleksi deyirlər, bilirəm, amma o cizgiləri tapmadıqda sevinmişəm. Nədən? Qəfil itkinin süuraltımda oturmuş ağır və qatı dumanı sevəcəyim adamın da bir gün onun kimi qəfil gedəcəyi qorxusunu gətirib canıma… itirmək, ayrılmaq qorxusu sevginin hakimiyyətinə düşməkdən saxlayıb məni. Amma elə bu itirmək və ayrılıq qorxusundan da, sevərkən sonadək, ölənədək sevmək istəmişəm. Beləcə atam, məni sevgidən həm qoruyub, həm də sevginin ancaq əbədi olanını sevdirib…”-deyə, o, daha sonra yazıb.

Gununsesi.info