“İstənilən güc tətbiqi həmsədrlər və həmsədr ölkələr tərəfindən ciddi mühakimə ediləcək” - HƏMSƏDRLƏRDƏN TƏHDİD

  • By admin
  • 24 İyul 2016 12:41

sedr-300x179

“ATƏT-in Minsk qrupunun həmsədrləri tərəflərdən atəşkəs rejiminə ciddi riayət edilməsini gözləyr”.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bunu Ermənistanın “Aravot” qəzetinə müsahibəsində ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

C.Uorlik deyib ki,  Vyanada keçirilən görüşdən sonra atəşkəs rejimi əhəmiyyətli dərəcədə təmin edilib. O, deyib ki, istənilən güc tətbiqi həmsədrlər və həmsədr ölkələr tərəfindən ciddi mühakimə ediləcək. Onun sözlərinə görə, vasitəçilər tərəfləri Vyana və Sankt-Peterburq görüşlərində əldə edilən razılaşmaları yerinə yetirməyə çağırır: “Bu razılaşmalarATƏT-in Monitorinq Qrupunun genişləndirilməsi, təmas xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını, münaqişənin hərtərəfli tənzimlənməsinə apara biləcək mahiyyəti üzrə danışıqların aparılmasını ehtiva edir. Sankt-Peterburqda tərəflər arasında danışıqların yenidən başlanılmasını görmək bizə ümid yaradıb.  Növbəti addım monitorinq missiyasının genişləndirilməsidir. Bununla bərabər həmsədrlər tərəflərlə insidentlərin araşdırılması mexanizmi ilə bağlı təklif üzərində işi dayandırmayacaq”.

Gununsesi.info