“Həyatımıza olduqca ağır şərtlərlə daxil olmuşdu…” – millət vəkili

  • By admin
  • 13 İyul 2016 21:15

azer

 

“2016-cı il həyatımıza olduqca ağır şərtlər çərçivəsində daxil olmuşdu. Belə ki, ötən ilin sonunda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, eləcə də dünya bazarında bir sıra kataklizmlərin yaşanması, enerji ixrac edən ölkələrdə hərbi qarşıdurmaların yaşanması dünya iqtisadiyyatında müəyyən geriləmələrə səbəb oldu. Bu kataklizmlər dünya iqtsadiyyatının bir hissəsi olan Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşə bilməzdi”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Azər Badamov dilə gətirib. Onun sözlərinə görə,  bununla belə, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi siyasət kurs Azərbaycanın bu gərginliklərdən ən minimal itkilərldə çıxmasına yol açdı.  Ö, deyib ki, ölkədə sosial müavinətlərin artırılması, yeni iş yerlərinin açılması, orta və kiçik sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, verilən qərarlar qeyri-neft sektorunun daha da dirçəlməsinə, insanların rifah halının yüksəlməsinə səbəb oldu.

“Birmənalı vurğulamaq lazımdır ki, Azərbaycan artıq özünün neftdən asılılığını ciddi şəkildə aradan qaldırır. Qeyri-neft sektorunun bir sıra sahələrinin yüksək inkişafı qarşımızda gələcəkdə mühüm faydalar verə biləcək yollar açmaqdadır. Turizm, kənd təsərrüfatı, strateji xarakterli məhsulların yetişdirilməsi və becərilməsi, eləcə də sənayenin daha yüksək şəkildə inkişaf etdirilməsi üçün dövlət tərəfindən mühüm işlər görülür. Ən əsası isə bu işlərin böyük əksəriyyətinin regionlarda aparılması kompleks inkişafımızın təməl prinsipinə xidmət göstərir. Bir neçə gün öncə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin də vurğuladığı skimi Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələr olduqca təqdirəlayiqdir. Bundan başqa, ölkəmizdə sənaye mərkəzlərinin yaradılması məsçələsi öz aktuallığını qoruyur. Gəncə, Sumqayıt, Mingəçevir kimi böyük şəhərlərdə, digər bölgələrimizdə də bu komplekslərin yaradılıb inkişaf etdirilməsi ölkə başçısının diqqətindədir. Hətta bununla bağlı Neftçala rayonunda pilot layihə həyata keçirilir, Masallı rayonunda bununla bağlı hazırlıq prosesi gedir. Yəni, bölgələrin kənd təsərrüfatı ilə yanaşı sənaye potensialının da inkişaf etdirilməsi yönündə mühüm addımlar atılır…”-deyə, o, sonra sözlərinə əlavə edib.

Gununsesi.info