
Milli Məclisin üzvü Aqil Abbas bu gün bəzi media qurumlarında obyektinin olmasına dair iddialara cavab verib.
Qeyd edək ki, mediada Bakının 1-ci Zabrat qəsəbəsində, 18 Oktyabr küçəsində, yaşayış evlərinin arasında fəaliyyət göstərən və havaya hər gün təhlükəli tullantılar buraxan kustar metaləritmə sexinin Milli Məclisin üzvü Aqil Abbasa , yaxud övladlarından birinə məxsus olduğu bildirilib. arədə xəbər almışıq.
Bu xəbər həmin sexin fəaliyyəti barədə virtualaz.org-un sorğusunu cavablandıran deputat deyilənləri təkzib edib:
“Həzrət Abbasa and olsun mənim, ailə üzvlərimin, övladlarımın hansısa obyekti, hətta köşkü belə yoxdur”-Aqil Abbas sualı dinləyib belə dedi.
Deputat əlavə etdi ki, hansısa yaxını, qohumu onun adından istifadə edə bilməz: “Basıb onların gözün çıxararam, mən heç bir yaxınıma, qohumuma adımdan istifadə etməsinə icazə vermirəm. Sosial şəbəkədə haqqımda mənfi fikirlər bildirirlər. Mənim yalnız bir qələmim var, onu mənə bəxş edən Allaha şükürlər olsun”.
Gununsesi.org.









