Hacı Məmmədov bu gün dəfn ediləcək

  • Müəllif: admin
  • 04 Dekabr 2017 13:16

Dünən intihar edən Hacı Məmmədov bu gün dəfn ediləcək.

Gununsesi.info qafqazinfo-ya istinadən xəbər verir ki, özünü asaraq öldürən H.Məmmədov bu gün saat 15:00-də Saray qəbiristanlığında atasının məzarı yaxınlığında dəfn ediləcək.

Qeyd edək ki, H.Məmmədov saxlanıldığı ixtisaslaşmış müalicə müəssisəsində məktub yazaraq intihar edib.

Gununsesi.info