Hacıbala Abutalıbovun inzibati binasına cırıq bayraq asılıb - VİDEO

  • By admin
  • 18 Oktyabr 2017 10:20
00000
Bakı Şəhər İcra Hakimiyyətinin İstiqlaliyyət küçəsi, 4 ünvanında yerləşən inzibati binasında asılan bayraq cırılıb.
Gununsesi.info xəbər verir ki, baku.ws yaydığı videoda dövlət bayrağının cırıldığı açıq-aydın görünür. İcra Hakimiyyətinin Bakının mərkəzində yerləşən binası arxitektur dizaynı ilə turistlərin də marağını çəkir. Xarici qonaqların tez-tez bu binanın fotosunu çəkdiyinin şahidi oluruq. Bakı Şəhər İcra Hakimiyyətinin binasında cırıq bayrağın dalğalanması heç də yaxşı mənzərə deyil.
***
Bakı şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Nailə Məmmədova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, bu təbii haldır: “Külək əsən zaman bu cür hallar baş verir. Külək dayanandan sonra bayraq yenisi ilə əvəzlənir. Məsələni reytinq naminə ictiamiləşdirməyə, hadisəni şişirtməyə ehtiyac yoxdur”.

Gununsesi.info