
Gununsesi.info milli.az-a istinadən xəbər verir ki, Hacıqabulda 38 yaşlı kişini gürzə ilanı sancıb.
Hadisə Hacıqabul rayonunun Qubalı Baloğlan kəndində qeydə alınıb.
Həmin kəndin sakini, 1979-cu il təvəllüdlü Hüseynov Şahin Ağamalı oğlunu çöllük sahədə gürzə ilanı sancıb. Ş.Hüseynov Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, müalicəsi davam etdirilir.
Gununsesi.info