Hacıqabulda avtomobil aşıb, ölən və xəsarət alanlar var

  • By admin
  • 14 Yanvar 2017 18:10

qeza252

 

Bakı-Qazax magistralının Hacıqabul rayonunun ərazisində keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, “Pajero” markalı avtomobil rayonun Padar kəndi ərazisində hərəkətdə olarkən yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, nəticədə bir nəfər ölüb, 3 nəfər xəsarət alıb. Xəsarət alanlar Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla Baş Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.

 

Gununsesi.info