“Hafka” həbs xəbərindən danışdı -"O ADAMLARI TANIMIRAM"

  • Müəllif: admin
  • 16 Oktyabr 2017 10:48
hafiz-memmedov
Biznesmen Hafiz Məmmədov saxlanılması barədə xəbərləri təkzib edib.
Gununsesi.info xəbər verir ki, həbs olunması haqda xəbərlərə münasibət bildirən biznesmen virtualaz.org-un müxbirinə deyib: “Mən bütün bu məlumatları və uydurmaları qəti surətdə təkzib edirəm. Mən saxlanılmamışam, öz evimdəyəm və yayılan yazılarda haqqında bəhs olunan şəxsləri tanımıram”.
Xatırladaq ki, məşhur biznesmenin tutulması haqda informasiya bu axşam bir sıra yerli KİV-də yayılıb. Onlarda xüsusi vurğulanırdı ki, Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Müşviq Mədətova və polis zabitlərinə hücum edən şəxslər Hafiz Məmmədovun mühafizəçiləridir. Bu hadisələrdən sonra biznesmenin özünün də saxlandığı bildirilirdi.
Gununsesi.info