”HALAL” sertifikatını artıq bu qurum verəcək

  • By admin
  • 17 Fevral 2018 11:04

Bundan sonra ölkədə fəaliyyət göstərən şirkətlərə “halal” sertifikatını Qida Təhlükəsizliyi Agentliyi verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə “Foodinfo” saytına Agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib.

Agentlikdən qeyd olunub ki, hazırda ölkə qanunvericiliyinə uyğun olaraq Qida Təhlükəsizliyi Agentliyinin hüquqi bazası yaradılır:

“Sahibkarlar “halal” sertifikatını hələ ki, əvvəlki qaydada almağa davam edirlər. Agentliyin hüquqi bazası formalaşdıqdan və tam fəaliyyətə başladıqdan sonra bu sertifikatı Qida Təhlükəsizliyi Agentliyi verəcək”.

Qeyd edək ki, hazırda şikətlərə “halal” sertifikatını “AzeSert Halal” sertifikatlaşdırma orqanı verir.