Halal turizmin tətbiqi ilə bağlı standartlar hazırdır - KOMİTƏ SƏDRİ

  • By admin
  • 26 Aprel 2017 12:32

Ramiz

“Azərbaycanda halal turizmin tətbiqi ilə bağlı standartlar hazırdır”.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

Dövlət Komitəsinin sədri qeyd edib ki, bu sahədə texniki komitələr yaradılıb:

“Halal turizmin yaradılması üçün müəyyən baza standartları var ki, hazırda bununla bağlı texniki komitədə işlər gedir, heç bir problem yoxdur”.

Qeyd edək ki, Azərbaycanda halal turizmin tətbiqi təklif edilir.

Gununsesi.info