
Hamilə qadını Abşeron rayonunda yolu piyada keçidi ilə keçərkən avtomobil vurub.
Gununsesi.info-nun xəbərinə görə, hadisə Saray qəsəbəsi Mikayıl Müşviq küçəsində qeydə alınıb. Həmin küçədə piyada keçidi ilə hərəkət edən Əliyeva Elnarə Əlisəttar qızını “QAZ 31029” markalı avtomobil vuraraq, hadisə yerindən qaçıb.
Ağır xəsarət alan E.Əliyeva Sumqayıt Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Müayiə zamanı məlum olub ki, E.Əliyeva altı aylıq hamiləymiş. Zqadın aldığı zərbədən körpəsini itirib. Onun vəziyyətinin hazırda ağır olduğu bildirilir.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları piyadanı vurub qaçan şəxsin 10 XH 453 dövlət qeydiyyat nişanlı “QAZ 31 029” markalı avtomobili idarə edən Quliyev Ramil Bahadur oğlu olduğunu müəyyənləşdirib. Məlum olub ki, R.Quliyevin sürücülük vəsiqəsi yoxdur.
Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.
Gülnaz Qənbərli
Günunsesi.info









