Sabah intensiv yagış ağacaq

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 12:55

hava-10

Bakıda və Abşeron yarımadasında noyabrın 1-də arabir yağış yağacağı gözlənilir.

Bu haqda Gununsesi.info-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Belə ki,  sabah paytaxt və yarımadada gecə bəzi yerlərdə intensiv yağıntı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək.

Havanın temperaturu gecə 6-8, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, dağlıq və dağətəyi rayonlarda qara keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-8, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.

Gülnaz Qənbərli

Günunsesi.info