Sevgililərindən aldığı “İphon 7″ləri satıb, özünə mənzil aldı - AGLASIĞMAZ OLAY

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 12:51

ifon

Gununsesi.info xarici mətbuata istinadən  xəbər verir ki, Çinin cənubundakı Şanzan əyalətində yaşayan və 20 sevgilisi olan bir qadın hər sevgilisindən Iphone 7 istəyib. Xəbərlərdə “Şiaoli” ləqəbi ilə bəhs edilən bu qadının tələblərini bütün sevgililəri yerinə yetirib.

Telefonları alan Şiaoli daha sonra onları ikinci əl telefonları satın alan “Hui Shou bao” adlı onlayn mağazaya 115 min yuana (təxminən 27 min manat) satıb və almaq istədiyi evin ilkin ödənişini ödəyib.

Şiaolinin iş yoldaşının yaşananları öz bloqunda əks etdirməsi ilə hadisə Çinin ən çox danışılan xəbərinə çevrilib. İş yoldaşı bu hadisə barədə aşağıdakı fikirləri yazıb:

“Onun ailəsi varlı deyil. Anası evdar qadın, atası isə adi işçidir. Bəlkə də ailənin böyük övladı olduğuna görə özünü yaşlı valideynləri üçün ev almağa məcbur hiss edib. Amma bu cür üsul seçməsi ağılasığmazdır”.

Nigar Cəfərli

Gununsesi.info