“Yoldaşı ilə öpüşüncə gedib canlı oxusun” - Rəvan Qarayev

  • Müəllif: admin
  • 31 Oktyabr 2016 13:10

revan

ATV kanalında yayımlanan “10-dan sonra” verilişində Rəvan Qarayev müğənnilərin ünvanına sərt sözlər deyib.

Gununsesi.info xəbər verir ki, müğənnilərin şəxsi həyatlarını sosial şəbəkələrdə reklam etməsini qınayıb.

“Müğənnilər şəkil çəkdirib qoyurlar, altından rəylər da yazılır. Sən də dözməyib ona cavab verirsən. Bunu heç paylaşma nədə cavab vermə. Onlar bilirlər ki, paylaşandan sonra nələr yazılacaq. Mənim şəkillərimin altına baxsınlar görüm orda bir insan pis nəsə yazıb? Bu ifaçının özündən asılıdı.  Eləsi də var ki, ekran qarşısında öz yoldaşı ilə öpüşür. Onun əvəzinə gedib canlı oxusun. Mən buna tərbiyəsizlik kimi baxıram. O cür müğənnilər şəxsi həyatları ilə gündəmə gəlmək istəyir. Nəyə əl atır görür alınmır şəkil paylaşmağa başlayır. Sənətçi sənət göstərməlidir. Kimlər ki, bunu paylaşır deməli həmin insanın ailəsində problem var və ona görə hər şeyin guya qaydasında olduğunu reklam edir, yəni biz bir yerdəyik və hər şey yaxşıdır”.

Gununsesi.info