
Deputat Elmira Axundova sosial ipoteka məsələsinin özəl sektorda işləyənlərə də şamil edilməsini təklif edib.
“Gununsesi” xəbər verir ki, o qeyd edib ki, özəl sektorda çalışan bir neçə qrup ailələr var ki, onlar aylıq gəlirlərinin normal olduğunu vurğulayır, ancaq sosial ipotekadan yararlana bilmir: “Hesab edirəm ki, sosial ipoteka bütün gənc ailələrə verilməlidir. Burada dövlət və özəl sektor məsələsinə baxılmamalıdır. Özəl sektorda işləyən yüz minlərlə insan var. Amma onlar dövlətdən heç bir imtiyaz almırlar”.
Deputat xatırladıb ki, 2019- cu ilin dövlət büdcəsi layihəsi parlamentdə müzakirə olunanda maliyyə naziri Samir Şərifova aparatın şişirdilməsi məsələsini bildirib:
İxtisar olunanlar məsələsinə də toxunmaq istəyirəm. Hansısa ixtisarlar olursa o ixtisar olunanlar hara getsin? Nazirlikdə, qurumlarda boş yerlər çoxdur. Həmin adamları boş yerlərə yerləşdirmək lazımdır. Cənab prezident də sərəncamında qeyd edib ki, həmin qurumlarda ixtisar olunanlar boş yerlərdə işlə təmin olunmalıdır. Mənim yanıma gəlirlər və deyirlər ki, bizi ixtisar etdilər. İnsanları küçəyə atmayın. Mən qorxuram ki, bu ixtisarlar bizə baha başa gəlsin. İxtisar olunan insanların aqibətini düşünmək lazımdır”.












