Havalar isinir - 19 DƏRƏCƏ İSTİ OLACAQ

  • By admin
  • 26 Aprel 2017 12:18

HAVA

Aprelin 27-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. 

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 6-9° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz  17-19° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunu, nisbi rütubət   gecə 65-75 %, gündüz  50-60 %  təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Gununsesi.info