
“Mərkəzi Bank sentyabr ayının şənbə gününə düşən 30-u tarixini kommersiya bankları üçün iş günü elan edib. Bu qərar cəmiyyətdə birmənalı qarşılanmayıb”.
Gununsesi.info xəbər verir ki, sabiq maliyyə naziri Fikrət Yusifov Mərkəzi Bankın sentyabrın 30-nu iş günü élan etməsinə aydınlıq gətirib.
“Bir çoxları Mərkəzi Bankının bu addımını manatın növbəti dəfə kəskin devalvasiyaya uğraya bilməsi təhlükəsi ilə əlaqələndirmək istəyib. Bəs əslində nə baş verir? Bu tarix – yəni sentyabr ayının 30-u, cari ilin üçüncü rübünün və doqquz ayının yekunlaşdığı gündür. Mərkəzi Bank bu addımı büdcənin gəlir və xərcləri üzrə bir sıra əməliyyatların məhz başa çatan bu hesabat dövründə aparılıb yekunlaşması məqsədilə atıb”- deyə, sabiq nazir vurğulayıb.
Manatın devalvasiyaya uğrayıb-uğramayacağı ilə bağlı məsələyə aydınlıq gətirən sabiq nazir deyib ki, hazırkı dönəmdə manatın kəskin devalvasiyası üçün heç bir əsas yoxdur: “Bu məsələ Mərkəzi Bank tərəfindən əsaslı şəkildə tənzimlənir”.
Mürtəza
Gununesi.info











