Heybət–Puta dəmir yolunun 3 kilometri əsaslı təmir olunur

  • Müəllif: admin
  • 25 Oktyabr 2016 10:20
demir 
Dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir.
Gununsesi.info-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən  bildirilib ki, Bakı – Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolu əsaslı təmir olunur. Oktyabrın 25-də isə dəmir yolunun Heybət – Puta mənzilində 3 kilometr yolun əsaslı təmirinə start verilib.Təmir işləri dörd gün davam edəcək.
Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi aparır. MMC-nin baş direktoru Rizvan Rzayevin verdiyi məlumata görə, artıq səhər saatlarında köhnə yolun söküntüsünə başlanılıb.
Qeyd edək ki, 2015-ci il aprelin 14-də “Azərbaycan dəmir yollarının yenidən qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkəti arasında “Azərbaycan Respublikası dəmir yollarının Bakı – Böyük Kəsik sahəsində 600 kilometr hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci il oktyabr ayının sonlarında başlanılıb və indiyə kimi 170 kilometr dəmir yolu əsaslı təmir olunub.
Gununsesi.info