Hikmət Hacıyev İran səfiri ilə görüşdü

  • By admin
  • 29 Dekabr 2022 20:14

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Seyid Abbas Musəvi tviterdə yazıb.

Səfir qeyd edib ki, konstruktiv keçən ikitərəfli münasibətlərdəki son hadisələri və Cənubi Qafqaz regionundakı mövcud vəziyyət, eləcə də ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün əməli addımlar nəzərdən keçirilib.

Gununsesi.info