Hillari Klintonun təhlükəsizlik qaydalarını pozduğu üzə çıxdı

  • By admin
  • 26 May 2016 11:25

State Department

ABŞ prezidentliyinə namizəd Hillari Klinton dövlət katibi vəzifəsində çalışarkən elektron poçtdan istifadə etdiyi zaman kibertəhlükəsizlik qaydalarını pozub.

APA-nın “The Washington Post”-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Dövlət Departamentinin təhlükəsizlik üzrə baş müfəttişi Stiv Linikin Konqres üçün hazırladığı məruzəsində deyilir.

Bildirilir ki, Hillari Klinton xidməti yazışmaları öz şəxsi elektron poçtu vasitəsilə həyata keçirib. Bununla belə, ona qarşı hər hansı cəza tədbiri görüləcəyi barədə tövsiyə verilmir. Məruzədə bildirilir ki, eyni pozuntulara vaxtilə sabiq dövlət katibləri Kolin Pauel və Madlen Olbrayt da yol verib.