Hind okeanı üzərində 4 ildir yoxa çıxan təyyarənin - axtarışları dayandırılacaq

  • By admin
  • 23 May 2018 23:20

2014-cü ildə göyərtəsindəki 239 sərnişinlə yoxsa çıxan Malayziyaya məxsus təyyarənin axtarışları 29 mayda dayandırılacaq.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Malayziya Nəqliyyat naziri Antoni Loke məlumat verib.

 ABŞ-ın “Ocean Infinity” şirkəti Malayziya hökuməti ilə razılaşma əsasında bu ilin 24 yanvarında axtarışlara yenidən başlamışdı. Təyyarənin qalıqları tapılacağı təqdirdə şirkətə 70 milyon dollar ödəniləcəkdi. Lakin, 60 işçinin 8 sualtı gəmisi vasitəsilə apardığı araşdırmalar heç bir nəticə verməyib.

Qeyd edək ki, Kuala Lumpur – Pekin reysi ilə uçan MH370 nömrəli təyyarə 8 mart 2014-cü ildə Hind okeanı üzərində yoxa çıxıb.