Jirinovskinin adamları Federal Vergi Xidmətinin rəisinin oğlunu - vəhşıcəsinə döyüb

  • By admin
  • 23 May 2018 23:34

Moskvada Vladimir Jirinovskinin sədri olduğu RLDP-nin iki üzvü Rusiya Federal Vergi Xidmətinin rəisi Mixail Mişustinin oğlunu vəhşicəsinə döyüblər.

Gununsesi.info-nun Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə uşaq meydançasında baş verib. RLDP üzvləri Andrey və Sergey Besmertnov qardaşları uşaq meydançasında spirtli içki qəbul edərkən, iki yeniyetmə onlara irad tutub. Bu vaxt qardaşlar onları döyüb.

Döyülənlərdən biri isə sən demə, Rusiya Federal Vergi Xidmətinin rəisi Mixail Mişustinin oğlu imiş.

Hazırda Besmertnov qardaşları barəsində cinayət işi qaldırılıb.