Rusiyanın Perm şəhərində yaşayış binasında - partlayış baş verib

  • By admin
  • 23 May 2018 23:48

Rusiyanın Perm şəhərində yaşayış binasında partlayış baş verib.

Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, beşmərtəbəli binanın ikinci mərtəbəsində mənzildə məişət qazı partlayıb..

İlkin məlumata əsasən, hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayış nəticəsində bir neçə mənzilə ziyan dəyib.