Hindistanda 600-dən artıq insan sel daşqınlarının qurbanı oldu

  • Müəllif: admin
  • 28 İyul 2017 16:16
millixeber_39189
Hindistanda yağan güclü yağışlar nəticəsində 2017-ci ildə 600-dən artıq insan həyatını itirib.
Gununsesi.info “New Indian Express” mətbu orqanına istinadən xəbər verir ki, bu barədə  Hindistanın daxili işlər naziri  Kiren Ricicu məlumat verib.
Onun sözlərinə görə, təkcə son bir neçə həftə ərzində yağan yağışlar nəticəsində 230 nəfər həyatını itirib.
Bundan əlavə olaraq ölkə ərazisinə yağan yağışlar nəticəsində  226 min  insan düşərgələrdə yaşamaq zorunda qalıb, 63 min ev dağılıb, 280 min hektar əkin sahəsu sahə su altında qalıb.
Ölkənin bütün ərzilərinə daşqınlar  və sürüşmələr qeydə alınıb.
Gununsesi.info