Hindistanda partlayış - 4 ÖLÜ, 50 YARALI

  • Müəllif: admin
  • 01 Noyabr 2017 20:46

Hindistanın Uttar-Pradeş ştatında istilik elektrik stansiyasında baş vermiş partlayış nəticəsində azı 4 nəfər həlak olub.

Gununsesi.info xəbər verir ki, 50-yə yaxın adam xəsarət alıb.

Partlayışın baş vermə səbəbləri məlum deyil. Hadisədən sonra stansiyanın fəaliyyəti dayandırılıb.

Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Gununsesi.info