Hindistanda yasa gedən bir ailənin 15 üzvü qəzada ölüb  - Video

  • By admin
  • 21 İyun 2018 15:55

Hindistanda yasa gedən bir ailənin 15 üzvü qəzada ölüb

Hindistanda insan ölümü ilə nəticələnən daha bir yol qəzası baş verib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, minik avtomobilinin yük maşını ilə toqquşması nəticəsində avtomobildə olan 20 sərnişindən 15-i ölüb. Ölənlərin hamısı bir ailənin üzvləri olublar.

Ailənin daha beş üzvü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

 Bildirilir ki, ailə qonşu ştata qohumlarının dəfnində iştirak etmək üçün yollanıblar.