Hindistanda yaşayış binası uçub, ölənlər var

  • By admin
  • 07 Avqust 2016 21:31

bina

 

Hindistanın Bhivandi şəhərində yaşayış binası uçub.
Gununsesi.info-nun RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident nəticəsində 3-ü uşaq olmaqla 8 nəfər ölüb. Polisin məlumatına görə, dağıntılar altında  insanların qaldığı ehtimal edilir.
Məlumata görə, bina qəzalı vəziyyətdə olub. Hadisə yerində xilasedici işlər davam edir.
Qeyd edək ki, iyulun 31-də Bhivandi şəhərində 3 mərtəbəli yaşayış  evinin uçması nəticəsində 8 nəfər həyatını itirmişdi. Bhivandı Mumbay şəhərindən 20 km şimal-şərqdə yerləşir.

 

 

Gununsesi.info